Ayaz Salayev

rejissor

Personal Info

  • Doğum tarixi: 01.08.1960

Biography

Ayaz Ramiz oğlu Salayev Bakıda anadan olub. Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Kinoşünaslıq fakültəsində təhsil alıb (1977-1982). İnstitutun aspiranturasında oxumaqla bərabər, həmin təhsil ocağında “müasir film” fənnindən dərs deyib (1986-1988). Dünya kinosunun tarixinə aid 200-ə qədər televiziya verilişlərinin müəllifidir (“Retro”-1979-1985, “Anlam”-1998-2000).

Azərbaycan Elmlər Akademiyasında və “Azərbaycanfilm”də redaktor vəzifəsində (1983-1985, 2020), “İnternyus-Azərbaycan”da çalışıb.

Bir neçə filmin rejissoru və ssenari müəllifidir, aktyor kimi filmlərdə çəkilib. “Yarasa” filmi Beynəlxalq Avropa Kinosu Festivalında Qran Priyə (Anje / Fransa) və digər nüfuzlu mükafatlara layiq görülüb. Almaniya-Rusiya istehsalı olan “Mühacir” (2010, rejissor Yevgeni Epşteyn) filmində çəkilib.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyir. Əməkdar incəsənət xadimidir (2000).

 

 

 

x