Ayan Mirqasımova

aktrisa

Personal Info

  • Doğum tarixi: 05.05.1969

Biography

Ayan Oqtay qızı Mirqasımova (Ayan Mirqasım) Bakıda anadan olub. Bakı Xoreoqrafiya Məktəbində (1986), Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kino və teatr aktyorluğu ixtisasında (1986-1990, Aleksey Batalovun sinfi) təhsil alıb. 1991-ci ildən Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının aktrisasıdır. Teatrda aktrisalıqla yanaşı xoreoqrafiya quruluşlarını da verir. ÜNS Teatrında da çıxış edib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyir.

Xarici film istehsalçılarının “Kiçik” (1994, rejissor Rano Kubayeva / Özbəkistan) filmində Mədinə rolunda və “Yelləncək” (2004, rejissor Vyaşeslav Nikiforov / Rusiya) serialında Duruxan rolunda çəkilib.

“Apofiqey – 99” teatr mükafatı tamaşaçı rəğbəti nominasiyası, “Özgə vaxt” filminə görə I Beynəlxalq Madrid Kinofestivalında “ən yaxşı qadın rolu” mükafatı, “Kinoşok”un “ən yaxşı qadın rolu” mükafatı, XII Beynəlxaq Daşkənd Kinofestivalının “qızıl zanbaq”, MDB və Baltrikyanı ölkələrin Açıq Kinofestivalının “Qorqipiya” mükafatı laureatı, “Humay” mükafatçısı, Əməkdar artist (2000), Xalq artistidir (2017).

Aktrisa Ayan Mirqasımova rejissor Oqtay Mirqasımovun qızıdır.

 

 

x