Asiman Ağa Rövşən

aktyor

Personal Info

  • Doğum tarixi: 14.04.1992

Biography

Asiman Ağa Rövşən (Asiman Ağayev Rövşən oğlu) Gəncədə anadan olub. ARəşid Behbudov adına 2 saylı musiqi məktəbində (2005, fortepiano sinfi), Respublika İncəsənət Gimnaziyasında (2009), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Aktyor sənəti fakültəsində (2013-2017, Sona Mikayılovanın kursu), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rejissorluq fakültəsində (2018-2022) təhsil alıb.

Uşaqlıqdan rəssamlıqla məşğul olub, 5 yaşında ikən fərdi sərgisi keçirilib. Xarici ölkələrdə keçirilən beynəlxalq müsabiqələrdə iştirak edib, yer tutub.

Teatrşünas Dağlar Yusif Əfəndi və aktyor Hacıbaba Məmmədovla birlikdə “TƏK” (Teatr Ədəbiyyat Kino) yaradıcılıq platformasını təsis edib (2018). “Master və Marqarita”, “Sonluğun sonu”, “İt ürəyi” tamaşalarına quruluş verib.

Aktyor Asiman Ağa Rövşən dramaturq, ssenarist Rövşən Ağayevin və aktrisa Güşvər Şərifovanın oğludur.

 

    

x