Arzu Qazıyeva

ssenari müəllifi

Personal Info

  • Doğum tarixi: 24.09.1966

Biography

Arzu Əliyar qızı Qazıyeva (Arzu Qazıyeva-Əzimova) Bakıda anadan olub. Asəf Zeynallı adına Bakı Musiqi Məktəbinin Fortepiano şöbəsində (1982-1986), Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində (1988-1994) təhsil alıb.

Azərbaycan Neft Akademiyasının nəşriyyatında tərcüməçi, redaktor (1990-1991), “İnşaatçı” qəzetində korrektor (1991), Azərbaycan Dövlət televiziyasının “Xəbərlər” redaksiyasında şərhçi və aparıcı (1991), parlament müxbiri (1994-1999), Lider TV-də sənədli filmlər müəllifi (2000-2008), Milli Televiziya və Radio Şurasında ekspert qrupunun üzvü (2008-2012), “Çox yaşa” sağlamlıq jurnalının baş redaktoru (2012-2013), ANS TV-də “Tezdən oyan” səhər proqramının baş redaktoru (2013-2014), ATV kanalında yayımlanan “Çox yaşa” proqramının redaktoru (2014-2016), Space Radioda “Sağlam olun” proqramının müəllifi və aparıcısı (2016) olaraq çalışıb.

“Jurnalistikanın İnkişafına Yardım” İctimai Birliyinin sədridir. Birliyin bir sıra layihələrini həyata keçirib. Bu layihələr çərçivəsində ATV Radio-da ictimai-sosial mövzuda “Müzakirə saatı” proqramının müəllifi və aparıcısı olub. “Gecə inzibatçısı” (Con le Karre), “Tehranın damlarında” (Mehbud Səraci) romanlarını Azərbaycan dilinə tərcümə edib. “037 saylı reys” filmi İsveç TV-də yayımlanıb (2014).

“Humay” mükafatına layiq görülüb.

 

x