Arif Məhərrəmov

rejissor, rəssam

Personal Info

  • Doğum tarixi: 05.08.1948

Biography

Arif Əli oğlu Məhərrəmov Bakıda anadan olub. Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində (1972), Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rəssamlıq fakültəsində (1981) təhsil alıb. 1981-ci ildən “Azərbaycanfilm” kinostudiyasında bədii filmdə quruluşçu rəssam, cizgi filmlərində rəssam və rejissor kimi çalışıb. Rəngkarlıq əsərləri Azərbaycanda və xarici ölkələrdə nümayiş etdirilib. Bir müddət Latviyada yaşayıb və çalışıb. Əməkdar rəssamdır (2000).

x