Arif Alışanov

prodüser

Personal Info

  • Doğum tarixi: 30.07.1960

Biography

Arif Nizam oğlu Alışanov Bakıda anadan olub. D.Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunun mühasibat uçotu, iqtisadiyyat və təsərrüfat fəaliyyətinin analizi fakültəsində (1984), Azərbaycan Jurnalistlər İttifaqının Jurnalist Sənətkarlığı İnstitutunda, Bakı Ali Partiya Məktəbinin ideoloji kadrlar fakültəsində təhsil alıb. 1977-ci ildə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində işə başlayıb. 1981-ci ildən şöbə müdiri, idarə rəisi, baş idarə rəisi, 1997-ci ildən Texniki-İstehsalat Birliyinin direktoru vəzifələrində çalışıb. 2001-ci ildən həmin birliyin direktoru vəzifəsi saxlanılmaqla Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkəti sədrinin texnika üzrə müavini işləyib. 2005-ci ildə dövlət başçısının sərəncamı ilə “Azərbaycan Teleradio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini, 2006-cı ildə isə sədr vəzifələrinə təyin olunub, 2019-cu ilə qədər AzTV-nin sədri olub. İqtisad elmləri namizədidir.

 

x