Arif Əliyev

ssenari müəllifi

Personal Info

  • Doğum tarixi: 31.08.1960

Biography

Arif Aslan oğlu Əliyev Bakıda anadan olub. M.Lomonosov adına Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıb (1983-1988). “Azərinform”un xüsusi müxbiri (1983-1986), “Azərbaycan gəncləri” qəzetinin bölmə müdiri (1986-1988), “Azadlıq”ın baş redaktor müavini, “Xəzər” jurnalının baş redaktoru (1989-1991), “TURAN”ın məlumat-nəşriyyat müəssisənin baş müdiri (1991-1992), Azərbaycan Respublikası Prezidentinin mətbuat katibi (1992-1993), “Xəzər” Universitetinin müəllimi (1994-1995), “Gün” qəzetinin idarə heyətinin sədri (2005) işləyib. “Yeni Nəsil” Azərbaycan Jurnalistlər İttifaqının sədri (1995), Bakı Mətbuat Klubunun prezidenti (1998), “Media açarı” Jurnalist mükafatının təsisçisidir. Jurnalist peşəkarlığı və söz azadlığına aid 40-dan artıq beynəlxalq konfransın hazırlanması və keçirilməsində iştirak edib. Mətbuatda 800-dən artıq məqaləsi çap olunub, televiziya və radio verilişlərinin, sənədli filmlərin müəllifi, 9 kitabın müəllifi və tərtibatçısıdır. 2017-ci ildən Ayna TV-nin “Aynada” verilişinin müəllif və iştirakçılarından biridir.

 

x