Aqşin Babayev

ssenari müəllifi

Personal Info

  • Doğum tarixi: 23.11.1936

Biography

Aqşin Əlisəttar oğlu Babayev Bakıda anadan olub. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb (1959). Əmək fəaliyyətinə 1959-cu ildə respublika radiosunda başlayıb. Türkiyəyə, ərəb ölkələrinə, İrana və Cənubi Azərbaycana verilişlər hazırlayan redaksiyaların Baş redaktoru təyin edilib. 1972-1975-ci illərdə Türkiyədə işləyib. 1976-cı ildə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində xarici verilişlər üzrə sədr müavini təyin edilib (1976-1991). “Moskou nyus” qəzetinin Azərbaycan üzrə xüsusi müxbiri olub (1969-1979). Milli Məclisdə mətbuat xidmətinin rəhbəri işləyib (1991-2006). Ədəbi yaradıcılığa “Azadlıq uğrunda” hekayəsi ilə başlayıb (1958). 1964-cü ildə onun “Cazibəli üfüqlər” adlı ilk hekayələr kitabı çapdan çıxıb. Bundan sonra dövrü mətbuatda müntəzəm çıxış edib. Xarici ölkə ədəbiyyatının nümunələrini dilimizə çevirib. “Azərbaycan kino sənətində ədəbi əsərlərin təcəssümü” (A.Kazımzadə ilə birlikdə), “Kino…kino”, “Kino sənətinin təməl daşı” kitabları da daxil olmaqla 30-a yaxın kitabın müəllifidir. İlk əsəri tələbəlik dövründə 1955-ci ildə tamaşaya qoyulub. Sonra pyesləri müxtəlif teatrlarda oynanılıb. 2006-cı ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Ədəbi yaradıcılıq və ekran dramaturgiyası” kafedrasının müdiridir. Filologiya elmləri doktoru, professor, II dərəcəli Dövlət müşaviri (2004), Əməkdar jurnalistdir (1987). “Yusif Məmmədəliyev”, “Həsən bəy Zərdabi”, “Humay”, “Qızıl Qələm” mükafatları laureatıdır.

x