Aqşin Əlizadə

bəstəkar

Personal Info

  • Doğum tarixi: 22.05.1937
  • Vəfat tarixi: 03.05.2014

Biography

Aqşin Əliqulu oğlu Əlizadə Bakıda anadan olub. Bülbül adına xüsusi musiqi məktəbində (1955), Azərbaycan Dövlət Konservatoriyasında (1962, Cövdət Hacıyevin bəstəkarlıq sinfi) təhsil alıb. Əmək fəaliyyətinə Azərbaycan Dövlət Konservatoriyasında müəllim kimi başlayıb, bəstəkarlıq kafedrasında işləyib (1963-1972). Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin katibi (1979–1985), Azərbaycan Bəstəkarlar İttifaqının birinci katibi (1985–1990) vəzifələrini tutub. Azərbaycan Dövlət Filarmoniyasında bədii rəhbər olub (1991–1994). 2007-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqının İdarə Heyətinin katibi seçilərək 2012-ci ilədək həmin vəzifədə çalışıb. Tələbə vaxtı yazdığı sonata “Gənc Bəstəkarların I Ümumittifaq Müsabiqəsi”ndə I dərəcəli diploma (1962), sonra yazdığı Birinci simfoniya “Zaqafqaziya Baharı” festivalında I diploma layiq görülüb. Əsas əsərləri: “Babək” baleti (1979), “Natəvan” baleti, “Qafqaza səyahət” baleti (2002), “Ümid valsı” baleti (2008), 5 simfoniya, Skripka ilə orkestr üçün konsert, Violonçel ilə orkestr üçün poema, xor üçün “Bayatılar”, “Uşaq süitası”, “Pastoral”, “Aşıqsayağı”, “Cəngi”, “Kənd suitasi”, “Dastan”, “Şirvan lövhələri”, “Yumoreska” (uşaq xoru üçün), Skripka və fortepiano üçün “Portret”, Fortepiano üçün “Dastan”, Fortepiano üçün “Köhnə oyunlar”, Skripka və orqan üçün “Dialoq”, xoreoqrafiq simfoniya və s. 40-dan çox filmə və tamaşaya musiqi yazıb. “Şöhrət” ordeni (1997) və “Şərəf” ordeni (2012) ilə təltif edilib. Xalq artisti (1987), Dövlət mükafatı laureatı (1978), professor (1988) Aqşin Əlizadə 2014-cü ildə vəfat edib, Fəxri Xiyabanda dəfn olunub.

x