Amil Məmibəyli

rejissor

Personal Info

  • Doğum tarixi: 25.01.1989

Biography

Amil Səyyaf oğlu Məmibəyli (Amil Məmiyev / Amil Amal) Laçın şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rejissorluq fakültəsində (2007-2012), Ümumrusiya Dövlət Kinematoqrafiya Universitetinin Kinorejissorluq və kinodramaturgiya fakültəsi üzrə 2 illik ali kursda (2013, Rodimin Denis, Vladimir Fençenkonun emalatxanası) təhsil alıb.

“Neft şəhərinin sakini” filmi “Ümumrusiya Artkino qısametrajlı müəllif filmləri” kinofestivalında “Münsiflər heyətinin xüsusi mükafatı” nominasiyası üzrə qalib olub (2012, Moskva / Rusiya).

“Qara bağ” filmi “Azərbaycan ailəsi” film festivalında “Ən yaxşı film” (2015, Bakı), “Birinci Asiya Beynəlxalq Qısametrajlı Filmlər Festivalında “xüsusi mükafat” (2016 / Çin), “Hak-İş Kısa Film Yarışması”nda “Ən yaxşı film” və ““Ən yaxşı aktyor” (2017 / Ankara, Türkiyə), Bakı Beynəlxalq Qısa Film Festivalında beynəlxalq proqramda “Münsiflərin diplomu”na (2019) layiq görülüb.

“Titrəmə” filmi “Beynəlxalq İpək Yolu Film Festivalı”nda “ən yaxşı film” nominasiyasında qalib olub (2021, İstanbul / Türkiyə).

“Azərbaycanfilm” kinostudiyasının keçirdiyi ssenari müsabiqəsində 1-ci və 3-cü yerlərin sahibi (2014), Mədəniyyət nazirliyinin keçirdiyi bədii, sənədli və animasiya film ssenari müsabiqəsində qalib olub (2019).

“ANS” televiziyasında rejissor kimi çalışıb (2015-2016). Bu müddətdə “Bakıfilm” kinostudiyasında çəkilən “Abşeron” adlı serialın rejissoru olub. “United Nations in Azerbaijan”da videoqraf və fotoqraf olaraq çalışıb (2019-2021).

34-cü Beynəlxalq “Fəcr Film Festivalının Talant Campus” proqramında (2016, Tehran / İran), “Tələbə və Gənclərin XIX Ümumdünya Festivalında” (2017, Soçi / Rusiya) iştirak edib.

“Evə gələndə sevgi al” adlı kinematoqrafik şeirlər kitabı nəşr olunub (2019).

 

.

 

 

x