Alla Axundova

ssenari müəllifi

Personal Info

  • Doğum tarixi: 27.10.1939

Biography

Alla Nuru qızı Axundova Moskvada anadan olub. Maksim Qorki adına Ədəbiyyat İnstitutunda (1964) və Ali rejissorluq və ssenaristlər kursunun ssenari bölməsində (1967) təhsil alıb. 1957-ci ildən mətbuatda şeirləri və digər əsərləri dərc olunur. Xarici film istehsalçılarının “Bizim oynadığımız dənizin kənarında” (1967, rejissor Vladimir Mkedonski / Rusiya), “Bir dəfə yayda” (1973, rejissor Gennadi Vasilyev, Boris Naşekin, Vladimir Saruxanov / Rusiya), “Avtomobil, skripka və it Klyaksa” (1974, rejissor Rolan Bıkov / Rusiya), «Orada, görünməyən yollarda» (1982, rejissor Mixail Yuzovski / Rusiya), «Unudulmuş əşyalar» (1982, rejissor Viya Veynete / Latviya), «Lyuboçka» (1984, rejissor Valeri Fedoso / Rusiya) filmlərinin ssenari müəllifidir. Əməkdar incəsənət xadimi (1988), Dövlət Mükafatı laureatıdır (1970).

x