Aliyə Terequlova

aktrisa

Personal Info

  • Doğum tarixi: 13.05.1913
  • Vəfat tarixi: 13.03.1968

Biography

Aliyə Ramazan qızı Terequlova Tiflisdə anadan olub. Məşhur Terequlovlar (Tanrıqulovlar) nəslindəndir. On yaşından musiqi ilə müntəzəm məşğul olub. Azərbaycan Dövlət Türk Musiqi Texnikumunda (1930), Azərbaycan Dövlət Konservatoriyasında (1937) təhsil alıb. Opera və Balet Teatrının solisti (1932-1942), Musiqili Komediya Teatrının (1942-1950) və Gənc Tamaşaçılar Teatrının (1950-1955), Moskvada Vaxtanqov adına Teatrın aktyoru olub (1955). Əməkdar artist (1943) Aliyə Terequlova 1968-ci ildə Moskvada vəfat edib.

x