Aleksandr Şarovski

aktyor

Personal Info

  • Doğum tarixi: 10.02.1948

Biography

Aleksanr Yakovleviç Şarovski Bakıda anadan olub. Azərbaycan Dövlət Xarici Dillər İnstitutunda təhsil alıb (1973). Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktyor (1967-1976), Səməd Vurğun adına Rus Dram Teatrında aktyor (1976-1991), rejissor assistenti (1978-1990), quruluşçu rejissor (1991-1993) kimi çalışıb. 1993-cü ildən Azərbaycan Dövlət Rus Dram Teatrının baş rejissorudur. Odessa Rus Dram Teatrında, Rostov Dram Teatrında və Bəşir Səfəroğlu adına Moskva Miniatür Teatrında tamaşalara quruluş verib. Xarici film istehsalçılarının “Salandar” (1994, rejissor Rafi Pitts / Fransa, Rusiya) qısametrajlı bədii filmində, “Qraf Krestovski” (2004, rejissor Ramiz Fətəliyev / Rusiya) serialında Asyanın atası rolunda çəkilib. Əməkdar artist (1988), Xalq artisti (1998), “Qızıl dərviş” və “Humay” mükafatları, “Şöhrət” (2008) və “Şərəf” ordenləri (2018) laureatıdır.

x