Aleksandr Mişon

rejissor

Personal Info

  • Doğum tarixi: ??.??.1858
  • Vəfat tarixi: 05.07.1921

Biography

Aleksandr Mixayloviç Mişon Rusiyanın Xarkov vilayətində anadan olub. Karyerasını 1883-cü ildə Xarkovda əsasını qoyduğu fotostudiyadan başlayıb. 1884-cü ildə neft Bakısına iş tapmaq üçün gəlib. Onun arzusu burada foto işini başlatmaq idi. 1887-ci ildə Bakı qubernatorunun icazəsi ilə fotoqrafçılıqla məşğul olmağa başlayıb, 1891-ci ildə Bakıda fotoqrafçılığın əsasını qoyub. Bakı elmi foto dərnəyinin katibi, fotoqraf, kinooperator və naşir olub. 1890-cı ildə Paris Milli Akademiyasının fotoqraf-üzvü seçilən professional fotoqraf Parisə səfərlərinin birində aldığı kinokamera ilə 1898-ci ildə ilk dəfə Azərbaycanda kinosüjetlər çəkməyə başlayıb və Azərbaycan kinematoqrafının əsasını qoyub. 1908-ci ildə Slavyansk şəhərinə köçdükdən sonra o, burada “Şimali Donetsk Əyaləti” qəzetini çıxarmağa başlayıb. 1913-cü ildən Xarkovda fotoqrafiya və sinkoqrafiya ilə məşğul olmağa başlayır və ömrünün sonunadək öz sevimli işi fotoqaflıqla məşğul olmağa davam edib. 1918-ci ildən Voronejdə yaşayan Aleksandr Mişon 1921-ci ildə Samarada vəfat edib.

x