Aleksandr Makovski

rejissor

Biography

Aleksandr Alekseyeviç Makovski 1902-ci ildə Vladivostokda anadan olub. 1919-cu ildə könüllü olaraq Qırmızı Ordunun hərbi dəniz donanmasına qoşulub, Volqa və Xəzərdəki hərbi əməliyyatlarda iştirak edib. Dənizçilik haqqında kitablar yazıb. Oçerk və hekayələri ilə mərkəzi mətbuatda müntəzəm olaraq çıxış edib. 1924-cü ildən kinoya keçib. Bakı studiyasında (1927-1933) və Aşqabat kinostudiyasında (1934-1940) müxtəlif bədii və sənədli filmlər çəkib. Ssenariləri əsasında Kiyev kinostudiyasında bədii, “Soyuzmultfilm” studiyasında animasiya filmləri çəkilib. Aleksandr Makovsi 1980-ci ildə vəfat edib.

x