Akif Axundov

yazıçı

Personal Info

  • Doğum tarixi: 08.05.1943

Biography

Akif Səttar oğlu Axundov Şərur rayonunun Qışlaqabbas kəndində anadan olub. Azərbaycan Dövlət Universitetində və Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyasında təhsil alıb. Müxtəlif illərdə indiki “Xalq qəzeti”nin Dağlıq Qarabağ-Laçın və Şəki-Zaqatala zonaları üzrə xüsusi muxbiri, ”Sovet Naxçıvanı” və “Şərq qapısı” qəzetlərinin baş redaktoru, Naxçıvan MR Mədəniyyət Fondunun sədri, Naxçıvan tele-radiosunda şöbə müdiri, baş redaktor vəzifələrində çalışıb. 30-a yaxın kitabın müəllifidir. Daha çox detektiv janra müraciət edir. Kriminal həyatı əks etdirən “Qisas”, «Qatilin ölümü”, “Gecə ovçuları”, ”Ehtiras və cinayət”, ”Qara eynəkli adam”, ”Təhlükə və risk”, “Cəhənnəmdən qovulmuş”, “O qızı tapın”, “Ölüm qədər dəhşətli” və digər romanları çap olunub. Hazırda təqaüddədir, fərdı yaradıcılıqla məşğuldur.

x