Ağaxan Salmanlı

aktyor

Personal Info

  • Doğum tarixi: 29.10.1941
  • Vəfat tarixi: 29.02.2020

Biography

Ağaxan Vəli oğlu Salmanlı (Ağaxan Salmanov) Suraxanıda anadan olub. İlk sənət təhsilini Suraxanıda fəhlə gənclər dram dərnəyində alıb. Azərbaycan Dövlət Teatr İnstitutunun dram-kino aktyorluğu fakültəsində təhsil alıb (1960-1964, Rza Təhmasibin kursu). Peşəkar səhnə fəaliyyətinə 1964-cü ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Seyfəddin Dağlının “Bahar oğlu” əsəri əsasında Cəfər Cabbarlı rolu ilə başlayıb. Bir neçə tamaşanın quruluşçu rejissorudur. Azərbaycan Teatr Xadimləri İttifaqının “Qızıl Dərviş” mükafatı və “Sənətkar” medalı (2016) ilə təltif edilib. Əməkdar artist (1979), Xalq artisti (2005) Ağaxan Salmanlı 2020-ci ildə vəfat edib.

 

x