Ağaxan Abdullayev

musiqi ifaçısı

Personal Info

  • Doğum tarixi: 06.02.1950
  • Vəfat tarixi: 25.12.2016

Biography

Ağaxan Minaxan oğlu Abdullayev Bakının Əmircan kəndində anadan olub. Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin xanəndəlik şöbəsində təhsil alıb (1969-1973). Əmək fəaliyyətinə 1969-cu ildən etibarən Bakı şəhərində Əbilov klubunda başlayıb, 1977-ci ilədək burada ansambl rəhbəri vəzifəsində çalışıb. 1977-ci ildən taleyini Asəf Zeynallı adına musiqi məktəbi ilə bağlayıb və muğam müəllimi olaraq ömrünün sonuna qədər Azərbaycan Milli Konservatoriyası nəzdində fəaliyyət göstərən bu tədris ocağında işləyib. 1975-ci ildə Filarmoniyanın səhnəsində fəaliyyətə başlayıb. “Şöhrət” ordeni ilə təltif edilib. Simurq Milli Mükafat Fondu (2001), “Humay” Milli Mükafatı (2002), Heydər Əliyev Fondunun “Qızıl çinar” beynəlxalq mükafatı ilə (2015) təltif olunub. Əməkdar artist (1992), Xalq artisti (1998) Ağaxan Abdullayev 2016-cı ildə vəfat edib.

x