Ağarəhim Əliyev

rəssam

Personal Info

  • Doğum tarixi: 04.05.1931
  • Vəfat tarixi: 24.11.2009

Biography

Ağarəhim Cəbrayıl oğlu Əliyev Novxanıda anadan olub. Əzim Əzimzadə adına İncəsənət peşə məktəbində (1947), Azərbaycan Xalq Təsərüffatı İnstitutunun iqtisadçı ixtisasında (1973) təhsil alıb. Azərbaycan Dövlət Dram Teatrında dekorator, Azərbaycan televiziyasında rəssam (1957) işləyib. Televiziyanın ilk rəssamlarındandır. 1988-ci ilə qədər xalq təsərrüfatının müxtəlif sahələrində çalışıb. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Elmi Tədqiqat İnstitutunun bərpaçılıq emalatxanasında baş rəssam-bərpaçı işləyərək, eyni zamanda Azərbaycan Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsində quruluşçu hissənin rəhbəri olub. 1988-ci ildən “İnturist” Ümumittifaq Səhmdar Cəmiyyəti sədrinin birinci muavini vəzifəsində çalışıb. 15 ildən artıq Bakı şəhərinın ən böyuk İnturist – “Azərbaycan” mehmanxanasının baş direktoru olub. Opera və Balet Teatrının, Akademik Milli Dram Teatrının, Rus Dram Teatrının tamaşalarına tərtibat verib. 2002-ci ildən etibarən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Teatr, dekorativ incəsənət” fakültəsinin dosenti elmi dərəcəsində dərs deyib. 2007-ci ildə Azərbaycan Otel Kompleksləri Assosiasiyasının Prezidenti seçilib. Əməkdar incəsənət xadimi Ağarəhim Əliyev 2009-cu ildə vəfat edib.

 

x