Ağalar Mirzə

ssenari müəllifi

Personal Info

  • Doğum tarixi: 25.12.1954
  • Vəfat tarixi: 05.03.2008

Biography

Ağalar Mirzə (Ağalar Mirzəyev Həmzə oğlu) Şabran şəhərində (Dəvəçi) anadan olub. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb (1974-1979). Əmək fəaliyyətinə Dəvəçi şəhər 1 saylı səkkizillik məktəbində (1971-1972) və Pirəmsən kənd orta məktəbində pioner baş dəstə rəhbəri (1972-1974) kimi başlayıb. Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində radionun incəsənət və radio teatrı şöbəsində (“Bulaq” verilişi üzrə) kiçik redaktor, redaktor (1980-1986), televiziyanın Ədəbiyyat və xalq yaradıcılığı redaksiyasında redaktor, böyük redaktor, şöbə müdiri (1986-1994), Ədəbi dram verilişləri baş redaksiyasının baş redaktorunun müavini (1994-1999), Xalq yaradıcılığı redaksiyasının baş redaktoru vəzifələrində çalışıb. Şifahi xalq yaradıcılığına dair müxtəlif televiziya verilişlərinin, o cümlədən “Ustadnamə”, “Dastan” proqramlarının müəllifi olub. Bədii yaradıcılığa keçən əsrin 70-ci illərindən başlayıb. Gənc şairlərin respublika ədəbi birliyinin fəal üzvü olub. Birliyin “Çinar pöhrələri”, “Gənc istedadlar”, “Qudyalçay nəğmələri” və s. almanaxlarında şeirləri çap olunub. “Xaltanlı Tağının yaradıcılıq yolu” mövzusunda dissertasiya müdafiə edib (2002). Filologiya elmləri namizədi, “Qızıl qələm” mükafatı laureatı (1996), Əməkdar incəsənət xadimi (1998) Ağalar Mirzə 2008-ci ildə vəfat edib.

 

x