Ağalar Bayramov

aktyor

Personal Info

  • Doğum tarixi: 16.01.1954

Biography

Ağalar Xanlar oğlu Bayramov Ucarın Boyat kəndində anadan olub. Göyçay Texniki Peşə Məktəbində (1971-1972), Bakı Mədəni-Maarif Texnikumunun özfəaliyyət dram rəhbəri ixtisasında (1977-1979), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (1980-1985) təhsil alıb. 1984-cü ildən Tədris Teatrında aktyor kimi fəaliyyətə başlayıb. 1983-cü ildən Azərbaycan televiziyasında bədii qiraətçi-aktyor kimi çalışıb. 1991-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Səhnə danışığı” fənnini tədris edir. “Qızıl qılınc” mükafatı laureatı (2003), Əməkdar artistdir (2002).

x