Afaq Yusifli

rejissor

Personal Info

  • Doğum tarixi: 20.01.1994

Biography

Afaq Habil qızı Yusifli Füzulidə anadan olub. Bakı Slavyan Universitetinin İngilis filologiyası və müəllimliyi ixtisasında (2015), Bakı Film İnstitutunun Rejissorluq kursunda (2016, Əli İsa Cabbarovun kursu), Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino Məktəbinin rejissorluq ixtisasında (2019-2021) təhsil alıb.

“Art Campus” beynəlxalq layihəsində (2014 / Qırğızıstan), “International Student Week of Ilmenau” konfransında (2015, İlmenau / Almaniya), “Art and Culture. Journey to success” beynəlxalq layihəsində (2015, Blaqoevqrad / Bolqarıstan), Yaradıcılıq Emalatxanası layihəsinin Rejissorluq qrupunda (2016 / Daşkəsən), “Wovideo Kinematoqrafiya dərsləri”ndə (2017 / Bakı),, Azərbaycan Teatrlar Xadimləri İttifaqının Rejissorluq dərslərində (2018 / Bakı), “Kinosoria” beynəlxalq layihəsində (2018, Soria / İspaniya), Gənc Filmmeykerlər Kampında (2019 / Quba), “Sənədli filmdə ideyanın inkişafı” mövzusunda təlimlər silsiləsində (2019 / Gürcüstan), Cinedoc Tbilisi Film Festivalının təşkil etdiyi Yay məktəbində (2020, Tbilisi / Gürcüstan), Daşkənd Beynəlxalq Film Festivalında Azərbaycan nümayəndə heyəti tərkibində (2021 / Özbəkistan) iştirak edib.

Cinedoc Tbilisi Film Festivalının təşkilatçılığı və İsveç İnkişaf və Əməkdaşlıq Agentliyinin dəstəyi ilə keçirilən “Yeni Qafqaz İstedadlar” pitçinqində “Nəvə” layihəsi ilə qalib olub (2020). “Mənim ailəm” sənədli filmi 12-ci Bakı Beynəlxalq Qısa Filmlər Festivalında diploma layiq görülüb (2021).

 

 

 

x