Afaq Məsud

əsər müəllifi

Personal Info

  • Doğum tarixi: 03.06.1957

Biography

Afaq Məsud (Afaq Vəliyeva Məsud qızı) Bakıda anadan olub. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb (1979). “Azərbaycanfilm” kinostudiyasında redaktor, redkollegiyanın üzvü (1979-1986), “Azərbaycantelefilm”də direktor (1986-1988) vəzifələrində çalışıb. Əsasən roman və hekayə müəllifi kimi tanınır. Əsərləri rus, ingilis, fransız, alman, özbək dillərinə tərcümə və nəşr edilib. “Üçüncü mərtəbədə” (1976), “Şənbə gecəsi” (1980), “Keçid” (1984), “İzdiham” (1991), “Subbotniy veçer” (Moskva, 1984) “Azadlıq” (1997), “Yazı” (2005) kitabları nəşr edilib. “Can üstə”, “O məni sevir”, “Yol üstə” pyeslərinin müəllifidir. Q.Q.Markesin “Patriarxın payızı”, T.Vulfun “Dünyanın hörümçək toru” romanlarını, qədim sufi əlyazmalarını – M.Nəsifinin “Mövcudluq haqqında həqiqət”, Ə.Qəzalinin “Səadət iksiri”, “Oğluma məktub”, “İlahi bilik”, İbn Ərəbinin “Məkkə açıqlamaları” və sair əsərləri azərbaycan dilinə tərcümə edib. “Can üstə”, “O məni sevir” pyesləri “Yuğ” Dövlət Teatrında səhnəyə qoyulub. 2003-cü ildə Vyana Universitetində Afaq Məsud yaradıcılığını tədqiq edən doktorluq işi müdafiə edilib (S.Dohan “Avropa şərqşünaslığında qadın yazarlar”). 1991-ci ildən Respublika Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, “Xəzər” dünya ədəbiyyatı jurnalının baş redaktorudur. Hazırda Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktorudur. Əməkdar incəsənət xadimidir (2003). “Humay” mükafatına layiq görülüb, “Şöhrət” ordeni ilə təltif edilib (2017).

Afaq Məsudun saytı: http://afaqmesud.az, http://afagmasud.blogspot.com

x