Afaq Bəşirqızı

aktrisa

Personal Info

  • Doğum tarixi: 15.08.1955

Biography

Afaq Bəşirqızı (Afaq Səfərova Bəşir qızı) Bakıda anadan olub. Bir müddət Tibb işçiləri Mədəniyyət evinin dram dərnəyinə (rəhbəri Məhərrəm Bədirzadə) gedib. Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni maarif fakültəsində təhsil alıb (1974-1979). Aktyorluq fəaliyyətinə 1973-cü ildə Lənkəran Dövlət Dram Teatrında başlayıb. İlk rolu 18 yaşında Mirzə İbrahimovun “Yaxşı adam” pyesində Sərvinaz olub. 1975-ci ildən Sumqayıt Dövlət Dram Teatrında, 1989-cu ildən isə Musiqili Komediya Teatrında işləyir. Özünün təsis etdiyi Bəşir Satira Teatrının rəhbəridir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professorudur. 2 dəfə “Qızıl Dərviş” mükafatına layiq görülüb (1993, 2003). Əməkdar artist (1989), Xalq artisti (1993), “Şöhrət” ordeni (2013) laureatıdır.

Aktrisa Afaq Bəşirqızı aktyor Bəşir Səfəroğlunun qızıdır.

x