Adışirin Bağırov

aktyor

Personal Info

  • Doğum tarixi: 08.04.1960

Biography

Adışirin Bağırov Masallı rayonunun Çaxırlı kəndində anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsinə qəbul olunub (1982), üçüncü kursdan aktyorluq fakültəsinə keçib. Təyinatla Qastrol Konsert Birliyində uzun müddət aparıcı kimi fəaliyyət göstərib. Qastrol Konsert Birliyi bağlanandan sonra dörd il Gənclər Teatrında çalışıb. 1988-ci ildə “Bakı payızı-88” müsabiqəsində üç yaşlı uşaqla Heydər Əliyev Sarayının səhnəsinə çıxıb. Bu çıxışdan sonra AzTV onu uşaq verilişlərinə aparıcı kimi dəvət edib. “Lay-lay”, “Kim yatmış, kim oyaq”, “Sehirli güzgü” verilişlərinin aparıcısı olub. Sonuncu verilişdən “Sim-sim Lələ” obrazı ilə tanınıb. Hazırda yenidən AzTV-də işə başlayıb.

 

   

x