Əsgər Məmmədoğlu

aktyor

Personal Info

  • Doğum tarixi: 09.02.1946
  • Vəfat tarixi: 21.12.2015

Biography

Əsgər Məmmədoğlu (Ələsgər Məmmədoğlu / Ələsgər Məmmədov) Bakıda anadan olub. M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsində təhsil alıb (1975). 1977-ci ildə  Akademik Milli Dram Teatrının artist heyətinə qəbul edilib. 1982-ci ildə Sumqayıt Dövlət Dram Teatrına, 6 aydan sonra isə Tədris Teatrına keçib. 1987-ci ildən yenidən Akademik Milli Dram Teatrına qayıdıb və ömrünün sonuna qədər burada çalışıb. “Mozalan” satirik kinojurnalının 20-yə yaxın sujetinə çəkilib.

Xarici kinematoqrafçıların istehsalı olan “Tehran-43” (1980, rejissorlar Aleksandr Alov, Vladimir Naumov / Rusiya, Fransa, İsveçrə) filmində Qulaməli rolunda çəkilib.

Əməkdar artist (2002) Əsgər Məmmədoğlu 2015-ci ildə vəfat edib.

 

x