Əsgər Əsgərov

rejissor

Personal Info

  • Doğum tarixi: 19.06.1961

Biography

Əsgər Əkbər oğlu Əsgərov Naxçıvan şəhərində anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitunun Dram və kino aktyorluğu fakültəsində təhsil alıb (1979-1983). Moskvada Mayakovski adına Akademik Dram Teatrının baş rejissoru A.Qonçarovun yanında üç ay təcrübə keçib (1988-1989). Naxcıvan Muxtar Respublikasının Dövlət Televiziya və Radio Komitəsində rejissor (1986), Naxçıvan teatrında rejissor assistenti (1987), baş rejissor (1989), Akademik Milli Dram Teatrında rejissor assistenti (1996-2001), quruluşçu rejissor (2001) olaraq çalışıb. Hazırda Musiqili Teatrın rejissorudur. Əməkdar incəsənət xadimidir.

 

x