Ənvər Həsənov

aktyor, rejissor

Personal Info

  • Doğum tarixi: 17.08.1950

Biography

Ənvər Cəfər oğlu Həsənov Bakıda anadan olub. “Azərbaycanfilm” kinostudiyasında kino aktyoru kursunda (1965-1969), M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun kino və dram aktyorluğu fakültəsində təhsil alıb (1969-1973). 1965-ci ildən “Azərbaycanfilm” kinostudiyasında çalışır. İran istehsalı olan “Almalar” (rejissor Əkbər Sadiqi) filminin ikinci rejissoru olub. Əməkdar artist (2000), Xalq artistidir (2018).

Aktyor, rejissor Ənvər Həsənov aktrisa Mömünat Qurbanovanın həyat yoldaşı olub.

 

x