Əliqulu Səmədov

rejissor, aktyor

Personal Info

  • Doğum tarixi: 19.08.1953

Biography

Əliqulu Qüdrət oğlu Səmədov (Əliqulu Qüdrətoğlu) Astarada anadan olub. Ümuittifaq Dövlət Kinematoqrafiya İnstitutunda təhsil alıb (Yevgeni Matveyevin kursu). 1979-cu ildə “Azərbaycanfilm” kinostudiyasının aktyor şöbəsinə qəbul olunub.

Xarici film istehsalçılarının “Bizi gənclik yaşadır…” (1986, rejissor Yevgeni Şerstobitov) serialında Stepanov rolunda, “Müsahibə alan adam” (1986, rejissor Yuri Maruxin / Belarus) filmində, ““Alfa” layihəsi” (1990, rejissor Yevgeni Şerstobitov / Ukrayna) filmində şturman rolunda, “Qara qış” (1991 / İran) filmində, “Sıçrayış” (1991, rejissor Yevgeni Şerstobitov / Ukrayna) filmində kapitan rolunda, “Onlar da insandır” (1993, Türkiyə) serialında, “Dronqo” (2002, rejissor Zinoviy Royzman / Rusiya) serialında, “Sui-qəsd” (2004, rejissor Vadi Ostrovski / Rusiya) serialında, “SSRİ-də doğulmuş” (2007, Rusiya) serialında, “57 saylı qatar” (Türkiyə) serialında çəkilib.

“Qara qış” (1991 / İran) filminin, “Divlər zindanı” (1993, rejissor Həsən Məmmədzadə / İran) filminin,  “Onlar da insandır” (1993, Türkiyə) serialının, “Dronqo” (2002, rejissor Zinoviy Royzman / Rusiya) serialının, “Sui-qəsd” (2004, rejissor Vadi Ostrovski / Rusiya) serialının, “SSRİ-də doğulmuş” (2007, Rusiya) serialının ikinci rejissoru olub.

Əməkdar artistdir (2011).

 

x