Əlibala Hacızadə

əsərindən istifadə olunub

Personal Info

  • Doğum tarixi: 28.08.1935
  • Vəfat tarixi: 08.10.2009

Biography

Əlibala Qismət oğlu Hacızadə Biləsuvarın Ağəlikənd kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin fars şöbəsində təhsil alıb (1953-1958). Azərbaycan Elmlər Akademiyasının Yaxın və Orta Şərq xalqları İnstitutunda kiçik elmi işçi kimi əmək fəaliyyətinə başlayıb (1958). Bir müddət Əfqanıstanda tərcüməçi işləyib (1966-1970). Sonra yenidən Azərbaycan EA Yaxın və Orta Şərq Xalqları İnstitutunda (indiki Şərqşünaslıq İnstitutunda) baş elmi işçi vəzifəsində işləyib (1976-cı ildən) və ömrünün sonuna qədər həmin İnstitutun İran filologiyası şöbəsində çalışıb. “Nizami” jurnalının baş redaktoru olub (1994-1996).

“Mənim müəlliməm” adlı ilk hekayəsi “Gəncliyin səsi” almanaxında dərc olunub (1956). Bundan sonra dövri mətbuatda vaxtaşırı çıxış edib. Onun Azərbaycan ədəbiyyatına gətirdiyi yeni mövzulardan biri elmi mühitin təsviridir. O, “Təyyarə kölgəsi”, “Vəfalım mənim” romanları ilə elm adamlarının bir növ qapalı olan həyatını geniş oxucu kütləsinə çatdırıb. “Yandırılmış adam” və “İtgin gəlin” əsərləri Gəncə Dram Teatrında səhnəyə qoyulub. Əlibala Hacızadə 2009-cu ildə vəfat edib.

 

x