Əli Zeynalov

aktyor

Personal Info

  • Doğum tarixi: 04.04.1913
  • Vəfat tarixi: 04.01.1988

Biography

Əli Yusif oğlu Zeynalov Salyanda anadan olub. Bakı Pedaqoji Texnikumunda və Teatr Texnikumunda (1933) təhsil alıb. Biləsuvar gənclərinin hazırladığı “Şeyda” tamaşasındakı baş rolu ilə rəğbət qazanıb (1928). Bir müddət Moskva teatrlarında istehsalat təcrübəsi keçib. Şəki Dövlət Dram Teatrında, İrəvan Tearında (1934-1945), Dram Teatrında (1945-1975) çalışıb. 1975-ci ildə səhnəni tərk edib. Yumşaq tembrli səsə, aydın diksiyaya malik оlub, bədii qiraət ustası kimi də tanınıb.

Azərbaycan Dövlət İncəsənət İnstitutunda “Səhnə danışığı” fənnindan dərs deyib. “İki ömrüm olsaydı…” kitabının müəllifidir.

Xarici film istehsalçılarının “Kiyevli: Varislər – 3-cü film” (1958, 1960, rejissor Timofey Levçuk / Ukrayna) filmində çəkilib.

Xalq artisti (1964), Əməkdar artis (1955), Ermənistanın Əməkdar artisti (1939), M.F.Axundov adına Respublika Mükafatı laureatı (1965) Əli Zeynalov 1988-ci ildə vəfat edib.

Aktyor Əli Zeynalov aktrisa Mirvari Novruzovanın həyat yoldaşı olub.

 

x