Əli İsa Cabbarov

rejissor

Personal Info

  • Doğum tarixi: 20.09.1974

Biography

Əli İsa Cabbarov Bakıda anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kino və televiziya filmləri rejissorluğu fakültəsində təhsil alıb (1996). 1994-cü ildən “Azərbaycantelefilm”də çalışıb. 2005-ci ildə Aynur Mustafayeva ilə birlikdə Dərviş Prodüser Mərkəzini, Asif Rüstəmov və Fehruz Şamıyev ilə birlikdə Azərbaycan Gənc Film İstehsalçıları Assosiasiyasını (AGFİA) təsis edib. 2005-ci ildən Dərviş Prodüser Mərkəzinin direktoru, Azərbaycan Gənc Film İstehsalçıları Assosiasiyasının sədri, 2008-ci ildən “Fokus” analitik kino jurnalının naşiri, “Fokus” Yaradıcı Gənclərin Kino Evi layihəsinin rəhbəridir. Butafilm kino şirkətində prodüser olaraq çalışıb. Cənubi Qafqaz Müstəqil Kinematoqrafçılar Assosiasiyasının təsisçilərindən biridir. 2009-cu ildən Azərbaycan Kinematoqrafçılar İttifaqının katibidir.

 

x