Ələkbər Hüseynov

aktyor

Personal Info

  • Doğum tarixi: 07.07.1961
  • Vəfat tarixi: 02.08.2007

Biography

Ələkbər Adıgözəl oğlu Hüseynov Bakıda anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Dram və kino aktyorluğu” fakültəsində təhsil alıb (1978-1982). Bir müddət təyinatla Şəki Dövlət Dram Teatrında çalışıb. 1988-ci ildən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında aktyor vəzifəsində çalışmağa başlayıb. Aktyorluqla yanaşı bir neçə tamaşaya quruluş verib. Azərbaycan Dövlət Kukla Teatrının baş rejissoru olub (2006-2007). Uşaqların sevimlisi “Ələkbər əmi” kimi tanınan aktyor uzun müddət Dövlət Televiziyasında uşaq verilişlərinə aparıcılıq edib. Polşanın “Təbəssüm ordeni” mükafatına (2007), “Humay” Milli Mükafatına, “Qızıl Dərviş” Mükafatına, Prezident mükafatına layiq görülüb. Əməkdar artist (2000) Ələkbər Hüseynov 2007-ci ildə uzun sürən xəstəlikdən sonra vəfat edib.

 

x