Əjdər Zeynalov

aktyor

Personal Info

  • Doğum tarixi: 04.07.1964

Biography

Əjdər Mehdi oğlu Zeynalov Qərbi Azərbaycanın Zəngibasar-Uluxanlı mahalının Qaraqışlaq kəndində anadan olub. M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram-kino aktyorluğu fakültəsində təhsil alıb (1982-1988). 1982-ci ildə Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında aktyor fəaliyyətinə başlayıb. İsi Məlikzadənin “Gəl qohum olaq” komediyasında Ədalət rolu ilə böyük səhnəyə addım atıb. Bir müddət Rusiyada yaşayıb. Müəyyən fasilədən sonra 2007-ci ildən yenidən İrəvan Dövlət Azərbaycan Dram Teatrında fəaliyyətini davam etdirib. 2013-cü ildə Milli Akademik Teatrında Elçinin “Sənətkarın taleyi” əsərində Qubernator rolunu oynamaq üçün dəvət olunub və indiyə qədər də müqavilə əsasında fəaliyyətini davam etdirir.

 

x