Əhmədağa Muğanlı

ssenari müəllifi

Personal Info

  • Doğum tarixi: 10.05.1926
  • Vəfat tarixi: 04.08.2001

Biography

Əhmədağa Muğanlı (Əhmədağa Qurbanov Əkbər oğlu) Biləsuvarın Əliabad kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb (1947-1952). Ədəbi fəaliyyətə “İnqilab və mədəniyyət” (1951) jurnalında dərc olunan “Biz qol çəkirik ki…” hekayəsi ilə başlayıb. 11 kitabı – “Vicdan”, “Şəhriyar əfsanəsi”, “Şikəstə”, “Gecikmiş etiraf”, “Dağ-dağa söykənər”, “Tikanlı məftillər”, “Çobanbayatı”, “Ömürdən yeddi yarpaq” və s. əsərləri işıq üzü görüb. Əmək fəaliyyətinə Biləsuvar rayonunun Bəyunlu kənd yeddillik məktəbində müəllimlikdən başlayıb (1944). Orada Karl Marks adına kənd orta məktəbində baş dəstə rəhbəri (1946-1947), Azərbaycan KP Bakı Vilayət Komitəsinin orqanı “Bakı kommunisti” qəzeti redaksiyasında ədəbi işçi olub. 1953-cü ildən Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında ssenari şöbəsinin redaktoru, sənədli-xronikal və elmi-kütləvi filmlər birliyinin baş redaktoru işləyib. Kinostudiyada ssenari-redaksiya kollegiyasının üzvü olub. “Qanlı zəmi” filminə görə Dövlət mükafatına layiq görülüb (1986). Əməkdar mədəniyyət işçisi (1991) Əhmədağa Muğanlı 2001-ci ildə vəfat edib.

x