Ədalət Ziyadxanov

rejissor, aktyor

Personal Info

  • Doğum tarixi: 23.02.1946
  • Vəfat tarixi: 12.09.2018

Biography

Ədalət Ziyadxanov (Ədalət Ziyadxanlı) Bakıda anadan olub. “Azərbaycanfilm” kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında çalışıb. Şəki Teatrında rejissor, Ağdam Teatrında baş rejissor, Bakı Bələdiyyə Teatrında rejissoru işləyib. Almaniya istehsalı olan “Absurdistan” (2008, rejissor Veit Helmer) filmində polis rolunda çəkilib.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə məşğul olub, “ədəbi yaradıcılıq” ixtisası üzrə dərs deyib.

“Qızıl Dərviş” mükafatına layiq görülüb.

Ədalət Ziyadxanov 2018-ci ildə vəfat edib.

 

 

x