Əbdülvahab Salamzadə

ssenari müəllifi

Personal Info

  • Doğum tarixi: 16.02.1916
  • Vəfat tarixi: 19.08.1983

Biography

Əbdülvahab Rəhim oğlu Salamzadə Şamaxıda anadan olub. Azərbaycan Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutunda işləyib (1944-1983). 1951-ci ildən İnstitutun Memarlıq tarixi və nəzəriyyəsi şöbəsinin müdiri (1957-ci ildən eyni zamanda direktor müavini), 1962-ci ildən Azərbaycan Tarix və Mədəniyyət Abidələrini Mühafizə Cəmiyyətinin sədr müavini olub. Azərbaycan memarlığının ilk tədqiqatçılarından və Azərbaycan sənətşünaslığının banilərindən idi. Azərbaycan memarlığı və sənətkarları haqqında elmi əsərlərin müəllifidir. Bir çox Azərbaycan abidələrinin və sənətkarlarının aşkar edilməsi və ilkin tədqiqi, Arran və Təbriz memarlıq məktəblərinin kəşfi və elmi əsaslandırılması onun tədqiqatları ilə bağlıdır. Azərbaycan şəhərsalma tarixinin ilk tədqiqatçısı olub. Qədim şəhərlərin və memarlıq abidələrinin bərpası və mühafizəsinin elmi əsaslarını hazırlayıb. “Azərbaycan memarlığının tarixi”, “Sovet Azərbaycanının memarlığı”, çoxcildli “SSRİ xalqları incəsənəti tarixi”, “Ümumi memarlıq tarixi” əsərlərinin əsas müəlliflərindəndir. Azərbaycanın bir çox memarlıq abidəsinin bərpa layihəsinin tərtibçisidir. Pedaqoji fəaliyyət göstərib. Sənətşünaslıq doktoru (1967), Professor (1967), Əməkdar inşaatçı (1960), Əməkdar elm xadimi (1982) Əbdülvahab Salamzadə 1983-cü ildə vəfat edib.

x