Əli Sultanov

təsvir rejissoru

Personal Info

  • Doğum tarixi: 19.02.1982

Biography

Əli Rafiq oğlu Sultanov Qubada anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rejissorluq ixtisasında təhsil alıb (2007). Xəyal TV-də (1998-1999), “Sərvan” kino şirkətində (2002), “Mozalan” studiyasında (2003-2005), “Old city” productionda (2008-2019), “Bakı Film” kinostudiyasında (2009), “Debüt” studiyasında (2009-2013), “Ultra” productionda (2010-2012), “Salnamə” studiyasında (2011-2012), “Od Media” productionda (2011-2019), “İz Media Qrup”da (2012-2019), “Yaddaş” studiyasında (2014-2015), “Azərbaycanflm”də (2010-2019) operator kimi çalışıb.  Müxtəlif TV kanalları və sosial media üçün klip, çarx və reklam layihələrində operatorluq edib.

 

 

x