Azərbaycan Animasiya Muzeyi


Təsis tarixi: 2015

Nazim Məmmədov adına Azərbaycan Animasiya Muzeyi Azərbaycan animasiyası barədə onlayn muzeydir. Azərbaycan Animasiya Muzeyi Azərbaycan İncəsənət Konsulluğunun təşəbbüsü ilə, Azərbaycan Respublikası Prezident yanında Gənclər Fondunun və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə 2015-ci ildə yaradılıb. Muzey Azərbaycan animasiyasının banilərindən Nazim Məmmədovun adını daşıyır.