Azərbaycan Animasiya Assosiasiyası
Təsis tarixi: 2021
Rəhbər: Rəşid Ağamalıyev
Azərbaycan Animasiya Assosiasiyası 15 dekabr 2021-ci ildə bir qrup animasiya peşəkarları tərəfindən yaradılmış qeyri-hökumət təşkilatıdır. Birlik rəsmi olaraq 19 aprel 2022-ci ildə qeydiyyata alınıb.
Azərbaycan Animasiya Assosiasiyası ölkədə animasiya kino sənətinin inkişafı üçün çalışan və yalnız bu sahənin mütəxəssislərinin idarə etdiyi ictimai birlikdir.
Assosiasiyanın əsas vəzifələri bunlardır:
Animasiya studiyalarını, peşəkarları və həvəskarları birləşdirərək onlara dəstək olmaq;
Animasiya üzrə təhsil proqramlarını reallaşdırmaq;
Dövlət qurumları və ictimai birliklərlə əməkdaşlıq etmək;
Azərbaycanda və xaricdə milli animasiyanı təbliğ etmək.
Bu vəzifələri yerinə yetirmək üçün birlik müntəzəm olaraq, yerli və beynəlxalq layihələr, festivallar, tədris proqramları, konfranslar və digər ictimai tədbirləri həyata keçirir.