22 oktyabr 2025 Mənbə: kinoinfo.az

IX DOKUBAKU BEYNƏLXALQ SƏNƏDLİ FİLM FESTİVALININ QALİBLƏRİ ELAN OLUNUB

IX DOKUBAKU BEYNƏLXALQ SƏNƏDLİ FİLM FESTİVALININ QALİBLƏRİ ELAN OLUNUB

IX DokuBaku Beynəlxalq Sənədli Film Festivalı başa çatıb. 13–19 oktyabr tarixlərində baş tutan festivalın əsas tərəfdaşı Azərbaycan Kinematoqrafçılar İttifaqı olub.
Festival bir həftə ərzində kinosevərlərə yalnız dünyanın müxtəlif bölgələrində çəkilmiş maraqlı filmləri izləmək fürsəti deyil, həm də insanın iç dünyasına, onun işığına və kainatla əlaqəsinə baxış imkanı təqdim etdi.
Bağlanış mərasimində qaliblər elan edilib, mükafatlar təqdim olunub, münsiflər və rejissorlar festivalla bağlı düşüncələrini paylaşıb sənədli filmin insan ruhuna təsirini bir daha vurğulayıblar.

Qaliblər:

DOKUTAM müsabiqəsi:
Əsas Mükafat – iMystic:
“Evin qapısını kim döyəcək?” rej. Maja Novakoviç - Serbiya
Münsiflərin Xüsusi Qeydi:
“Evim”- rej. Seyran Mahmudoğlu - Azərbaycan
“Atanın laylası” – rej. Lesia Diak – Ukrayna
“İkiqat çətinlik” – rej. Emilia Sniegoska - Polşa

“DOKUSHORTS” müsabiqəsi:
Əsas Mükafat – iMystic:
“Üzüm mövsümü” – rej. Ebrahim Hesari - İran
Münsiflərin Xüsusi Qeydi:
“Ölməyə hazır” – rej. Basilio Maritano Sailer – Almaniya
“Mətin” – rej. Sam Soleymani – İran

DOKUMUSE müsabiqəsi:
Əsas Mükafat – iMystic:
“Rəqsdən sonra” – rej. Sebastiao Varela – Portuqaliya
Münsiflərin Xüsusi Qeydi:
“Maestro: İldırımlı yollarla” – rej. Hüseynağa Aslanov - Azərbaycan
“Nəğmələr” – rej. Pablo Guarise – Belçika

DOKUECHO müsabiqəsi:
Əsas Mükafat – iMystic:
“Sürü gəzintisi” – rej.Ankit Pogula – Hindistan
Münsiflərin Xüsusi Qeydi:
“Praşa-Kriti” – rej. Araz Quliyev - Azərbaycan
“Fırtınadan sonrakı süküt” – rej. Alina Rizvan - Pakistan
“Yaşıl boz qara qəhvəyi” – rej. Yuyan Vang - Çin, Fransa, Koreya Respublikası

DOKUKIDS müsabiqəsi:
Əsas Mükafat – iMystic:
“Altıbucaqlı pətək və labirintdəki siçan” – rej. Bartek Dziadosz, Tilda Swinton - Böyük Britaniya
Münsiflərin Xüsusi Qeydi:
“Rəqs edən qız” – rej. Pərvanə Quliyeva - Azərbaycan
“Bali” - rej. Amoli Birevar – Hindistan
“Bağçaya, La La La” – rej. Kajetan Lukasz Pochylski - Polşa

DOKUBOX müsabiqəsi:
Əsas Mükafat – iMystic:
“Aşağı kölgələr” - rej. Ramin Xaliqi – İran
Münsiflərin Xüsusi Qeydi:
“Heç yerə miqrasiya” - rej. Nikolay Flotskiy - Norveç

Bu il DokuBaku-ya dünyanın müxtəlif ölkələrindən 200-dən çox film təqdim edilib. Onlardan 57 film, o cümlədən 5 yerli sənədli film festival proqramına daxil edilib.

 

 

Qalereya

İndi paylaş: