“ZƏFƏRƏ AÇILAN PƏNCƏRƏ” FİLMİNİN TƏQDİMATI KEÇİRİLİB
Nizami Kino Mərkəzində "Zəfərə açılan pəncərə" bədii-sənədli filminin təqdimatı keçirilib. Zəfərimizin 5 illiyinə həsr olunmuş filmin müəllifi Audiovizual Şuranın üzvü, Əməkdar jurnalist Mübariz Əsgərovdur. Xronometrajı 44 dəqiqə olan film erməni seperatçıları tərəfindən ömürlük həbs cəzasına məhkum edilmiş Dilqəm Əsgərov haqqındadır. Filmdə həbsxananı addım-addım gəzən Dilqəm yaşadığı istirablı anları danışır. Onun Kəlbəcərə gizli keçdiyi yollar, gecələr qaldığı yerlər, tutulduğu meşə, ata ocağı və başqa məkanlar lentə köçürülüb. Ekran əsəri təkcə Dilqəm Əsgərov haqqında yox, ümumilikdə Qarabağ müharibəsinin əsir və girovları haqqındadır.
Film Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Kino Agentliyi, Azərbaycan Respublikası Audiovizual Şurası, Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası, "Qulp” Studiyası və “Referans Medical Group”un birgə təşkilatçılığı və dəstəyi ilə çəkilib.