31 oktyabr 2025
Mənbə: AZƏRTAC
UŞAQ FİLMİNİN İSTEHSALINA BAŞLANILIB
Mədəniyyət Nazirliyinin sifarişi ilə “Nərimanfilm” kinostudiyası tərəfindən tammetrajlı uşaq filminin istehsalına başlanılıb. “Akinak. İşquz qılıncı” adlı filmin rejissoru Elxan Cəfərovdur. Filmdə dörd yeniyetmənin Akinak qılıncını əldə etmək üçün keçdikləri çətin yoldan söhbət açılır. Vətənpərvərlik mövzusunda olan filmin çəkilişlərinə 2 aydan çox vaxt sərf olunub.
Ekran əsərinin ssenari müəllifi İlqar Safat, quruluşçu operatoru Ruslan Ağazadə, rəssamı Əziz Məmmədovdur. Filmdə Xalq artisti Məmmədsəfa Qasımov, Əməkdar artistlər Füzulu Hüseynov, Həcər Ağayeva, Rövşən Kərimduxt və Elnar Qarayev də rol alıblar.