Zümrüd Qasımova
Doğum tarixi:
23 mart 1982
Zümrüd Bəxtiyar qızı Qasımova (Zümrüd Bəxtiyar / Zümrüd Qasımova-Zeynalova) Qusarda anadan olub.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr ve kino aktyoru fakültəsində təhsil alıb (2000-2004).
2001-ci ildən Yuğ Dövlət Teatrında çalışır. İlk rolu “Canımda can” (İbrahim İbrahimli) tamaşasında olub. Mingəçevir Dövlət Dram Teatrı (2012, 2015), “M-Teatr”da (2016), “Oyun” teatrında (2020) tamaşalarda çıxış edib. Televiziya karyerasına 2003-cü ildən başlayıb. “Gecə yarı” (2007, ANS TV), “Krossvord” (2007, ANS TV), “Qoy oturmuşuq” (2008, ANS TV), “Çatlama” (2008, ANS TV), “İkinci həyat” (2012, ANS TV), “Gəlin, danışaq” (2013, Kanal-S), “Elin adamı” (2014, EL TV), “Gəlin danışaq” (2016, ARB), “Suat və Zümrüd şou” (2017, Space TV), “Avto Club” (Antenn Radio 101 FM), “Dönə bilsəm” (2020-2021, Xəzər TV) verilişlərində aparıcılıq edib.