Yasin Qarayev

Aktyor İkinci rejissor Ssenari müəllifi

Doğum tarixi:

22 may 1946


Yasin Mikayıl oğlu Qarayev Şəmkir rayonunun Dəllər Cırdaxan kəndində anadan olub.

Azərbaycan Dövlət Teatr İnstitutunun Musiqili komediya aktyoru fakültəsində təhsil alıb (1973).

1965-ci ildə “Azərnəşr”in nəzdində Qafar Həqqinin rəhbərlik etdiyi “Damğa” satirik teatrında fəaliyyətə başlayıb.

1973-cü ildən Gənc Tamaşaçılar Teatrında çalışır. 

“Qızıl Dərviş” mükafatı laureatıdır. Azərbaycan Teatr Xadimləri İttifaqının “Sənətkar” medalı ilə təltif edilib (2016).

Əməkdar artist (1991), Xalq artistidir (2006).