Ülvi Babayev

Montaj rejissoru Montajçı Montaj assistenti Qrafika Fotoqraf Rəng korreksiyası Texniki supervayzer Rejissor qrupunun üzvü Aktyor

Doğum tarixi:

13 may 1989


Ülvi Tərlan oğlu Babayev Bakıda anadan olub.

Azərbaycan Dövlət Neft Akademiyasının İstehsalat Proseslərinin Avtomatlaşdırılması fakültəsinin Elektronika və avtomatika ixtisasında (2006-2010), Azərbaycan Texniki Universitetinin Kompüter texnikası və avtomatika fakültəsinin magistratura pilləsində (2011-2013) təhsil alıb.

2011-ci ildən əmək fəaliyyətinə başlayaraq Avropa-Azərbaycan Cəmiyyətində (TEAS) montajçı-qrafist vəzifəsində çalışıb. Bir çox sənədli və bədii filmlərin video-montajı və qrafik tərtibatı işlərini həyata keçirib. Daha sonra İctimai TV, Space TV və AzTV kimi televiziya kanallarında fəaliyyətini davam etdirib. Hazırda Anewz TV kanalında qrafist vəzifəsində çalışır.