Tural Kərimov
Ssenari müəllifi
Prodüser
Rejissor
Aktyor
Doğum tarixi:
11 iyun 1992
Tural Astan oğlu Kərimov (ToURALone) Bakıda anadan olub.
Lənkəran Dövlət Universitetində Biznesin idarə edilməsi ixtisası üzrə təhsil alıb.
ARB TV və APA TV-də (2019-2022) aparıcı, redaktor və müxbir, “Masa Media” kreativ agentliyində ssenarist/kopirayter (2015-2019), “Maximum Music & Film” production-da ssenarist, kopirayter, prodüser, “Gənclərin İnkişaf və Karyera Mərkəzi”ndə (2021-2023) çalışıb. III Buktreyler Festivalında “Kitab və qutab” buktreyleri 1-ci yerə layiq görülüb (2018). Hazırda Lənkləran-Astara Regional Təhsil İdarəsinin əməkdaşı, Lerik PFK-nın mətbuat xidmətinin rəhbəridir. ToURALone təxəllüsü ilə ssenarist kimi fəaliyyət göstərir.