Tərlan Babayev

Prodüser İcraçı prodüser Xətt prodüseri Direktor Aktyor Koordinator Prodüser qrupunun üzvü Direktor müavini İnzibatçı

Doğum tarixi:

25 iyul 1963


Tərlan Adil oğlu Babayev Bakıda anadan olub.

Azərbaycan Dövlət İncəsənət İnstitutunun Mədəni-maarif fakültəsində (1984-1988), İran İslam Respublikasının Mədəniyyət və İslama çağırış Nazirliyinin “Fanus Xəyal” kino məktəbində ”kino istehsalı və hazırlanması” üzrə Ali kurslarda (2007-2012) təhsil alıb.

1989-cu ildən “Azərbaycanfilm” kinostudiyasında çalışıb, İqtisadiyyat şöbəsinin müdir müavini (2000-2002), “Mozalan” studiyasının icraçı direktoru (2007-2008) vəzifələrində işləyib.

Xarici film istehsalçılarının “Məlaikə günü” (1992, rejissor Behruz Əfğəmi / İran) filmində direktor, “Dağıdılmış körpülər” (1996, rejissor Rafiq Puya / ABŞ) filmində direktor müavini, “Rus tərcüməsi” (2006, rejissor Aleksandr Çernayayev / Rusiya) serialında aktyor kimi çalışıb.

“Tərəqqi” medalı ilə təltif olunub (2018).


Filmoqrafiya

Poster Filmin adı İstehsal ili Növü Filmdə statusu