Şamil İbrahimov
Doğum tarixi:
08 yanvar 1988
Şamil Zülfüqar oğlu İbrahimov Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda anadan olub.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Aktyor sənəti fakültəsində Dram teatr və kino aktyoru ixtisası üzrə bakalavr pilləsində (2012-2016, Məmmədsəfa Qasımovun kursu), Dram teatr və kino aktyoru ixtisası üzrə magistr pilləsində (2017-2019) təhsil alıb.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı nəzdində yaradılmış “Az-ART” studiyasında və teatrın bir neçə tamaşasında müqavilə əsasında aktyor kimi fəaliyyət göstərib (2013-2015). Rejissor kimi “Yuxum” (Uilyam Şekspir), “Kölgə” interaktiv (Şamil İbrahimov), “Özümüzü kəsən qılınc” (Bəxtiyar Vahabzadə) tamaşalarına quruluş verib. 2017-ci ildən Human Teatrının təsisçisi və direktorudur.
Filmoqrafiya
-
Tağıyev. Neft
2024
tammetrajlı bədii film
Rollarda
-
Tağıyev. Çar
2025
tammetrajlı bədii film
Rollarda