Şəlalə Şahvələdqızı

Aktrisa

Doğum tarixi:

23 yanvar 1977


Şəlalə Şahvələdqızı (Şəlalə Quliyeva Şahvələd qızı) Mincəçevirdə anadan olub.

Azərbaycan Dövlət İncəsənət və Mədəniyyət Universitetinin Dram və kino aktyorluğu fakültəsində təhsil alıb (1995-1999, Azərpaşa Nemətov və Gülşad Baxşıyevanın kursu).

Tələbə ikən Milli Dram Teatrının səhnəsində Azərpaşa Nemətovun “Ah, Paris…Paris!..” (Elçin) satirik komediyasında rol alıb. 1996-cı ildən Milli Dram Teatrının aktrisasıdır. Müxtəlif reklam çarxlarında çəkilib. Televiziyada “4 çarx” verilişinin aparıcısı olub. 2011-ci ildə Moskvada V Beynəlxalq Yay Teatr məktəbində aktyor sənəti üzrə ixtisas artırma kurslarını bitirib. Gənclər və İdman Nazirliyinin “ilin ən yaxşı teatr aktrisası” mükafatçısı (2004), Əməkdar artistdir (2012).


Filmoqrafiya

Poster Filmin adı İstehsal ili Növü Filmdə statusu